• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ

  • Dünya
  • 7 Avqust 2017 12:15
  • 3 363 Baxış
25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ

Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır.

Publika.az
xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

“Yeni Şəfəq” qəzeti yazır ki, hərbi rəhbərlik 2014-cü ildən başlayaraq, ABŞ-ın dəstəyilə bölgədə böyüyən PKK/PYD terror təşkilatının təmizlənməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusilə terror təşkilatının “Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrə raket və minaatanlarla hücum etməsi, eləcə də narkotik və silah daşıması kimi ehtimallar dəyərləndirilir.

“Əhalinin bütövlükdə ərəb və türkmanlardan ibarət olduğu Tel Rəfat, Münbiç və Tel Abyad Türkiyənin yaxın dövrdə təmizləmək istədiyi üç əsas bölgədir”, - deyə qəzet yazır.

Məlumata görə, “Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrdə terror təşkilatına qarşı döyüşmək üçün 25 minlik güc hazır vəziyyətdədir. Suriyada Azad Suriya Ordusunun 15-17 min nəfərlik döyüşçüsü ilə birlikdə Türkiyə ordusunun 8 min əsgəri Ankaradan əmr gözləyir. Son üç gündə Türkiyə Silahlı Qüvvələri bölgəyə yeni silahlar göndərib, mövqelər gücləndirilir. Bununla yanaşı, bölgə pilotsuz təyyarələrlə daim izlənilir.

Qəzet qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Fərat qalxanı” əməliyyatı ilə Suriyadakı terror layihəsinin qəlbinə soxduğumuz xəncəri yeni həmlələrlə genişləndirməyi düşünürük. Çox yaxında bu məsələdə önəmli addımlarımız olacaq” sözləri yeni əməliyyatların miladı ola bilər.

Qeyd edək ki, ABŞ son dövrlər PKK-nın Suriya qolu olan PYD-ni gücləndirir. Hesablamalara görə, son bir ildə Vaşinqton PYD-yə 900 TIR-dan artıq silah-sursat verib. Terror təşkilatının gücləndirilməsində əsas hədəf bölgədə ABŞ-ın nəzarətində yeni gücün yaradılması, həmçinin, Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “kürd dəhlizi” layihəsinin həyata keçirilməsidir. Türkiyə bütün vasitələrlə buna qarşı çıxır. Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrinə nəzərdə tutulan əməliyyat da əslində ABŞ-ın planlarına qarşı həmlədir. Mümkündür ki, yaxın dövrdə ABŞ və Türkiyə Suriyada hərbi müstəvidə üz-üzə gəlsin.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR