• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - Moskvadan ŞOK İDDİA

  • Dünya
  • 7 Avqust 2017 13:51
  • 1 319 Baxış
ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - Moskvadan ŞOK İDDİA

ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb.

Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır.

Hərbi baza “Dnestryanı Moldova Respublikası”nın “paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.

Qeyd edək ki, tanınmamış quruma faktiki olaraq hazırda Rusiya nəzarət edir. Moldova parlamenti ötən ayın 21-də sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib.

Ötən ayın əvvəlində həmçinin NATO Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin başçısı İrina Friz bildirib ki, Rusiya Dnestryanı ərazidəki hərbi bölmələrini ən yeni silah nümunələri ilə təchiz etməyə başlayıb. Onun sözlərinə görə, Rusiya tanınmamış respublikanın ərazisinə (Dnestryanı ərazinin cənubi-qərbində Ukraynanın Odessa vilayəti yerləşir - red.) hücum yeri kimi baxır.

2017-ci ildə tanınmamış “Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.

Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazisi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı. Bildirilir ki, Dnestryanı ərazinin bu qərarı Moldovanın Rumınıyaya birləşməsi ehtimalı ilə bağlı olub. Kişnyov 1992-ci ildə problemi güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğuruszluqla nəticələnib. Bundan sonra Dnestryanı ərazi tamamilə Kişnyovun nəzarətindən çıxıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR