Üç santimetri keçməməlidir - Tacikistanda imamlara qəribə QADAĞA
Bizi izləyin

Dünya

Üç santimetri keçməməlidir - Tacikistanda imamlara qəribə QADAĞA

Tacikistan hakimiyyəti imamlar üçün saqqalın maksimal uzunluğunu müəyyən edib.

Publika.az xəbər verir ki, bu haqda “kazislam.kz” internet resursu yazıb.

Yeni qaydaya görə, saqqal üç santimetri keçməməlidir. Bunun ənənəyə və ölkənin mədəniyyətinə uyğun olduğu bildirilir. 2012-ci ildə tətbiq edilən qaydaya əsasən isə saqqal yumruğun ölçüsündən böyük olmamalı idi.

Qeyd edək ki, Tacikistan İŞİD-ə qoşulan döyüşçülərin sayına görə Mərkəzi Asiyada liderlik edir. Tacikistan İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra ehtimal olunan əsas ekspansiya marşrutlarından biri hesab edilir.

“Global Risk Insights” təşkilatı göstərir ki, yerli müsəlmanların əsas problemi dövlətin dindarlığın açıq təzahürləri ilə mübarizəsidir. Hakimiyyət radikallaşmadan qorxur və buna qarşı sərt ölçülər qəbul edir. Tacikistanda yüzlərlə lisenziyalaşdırılmayan ibadət evi bağlanıb, məktəblər və iş yerlərində islam geyimi qadağan edilib, islam geyiminin satıldığı 160 mağaza bağlanıb, yaşı 18-dən az olan vətəndaşların məscidlərə baş çəkməyi qadağan olunub, 2015-ci ildə 13 min nəfərin uzun saqqalı qırxılıb.

Düşənbə istisnasız olaraq hamını cihadçılara tərəf qovur. 1993-cü ildən ölkənin siyasi səhnəsində fəal olan Tacikistan İslam Dirçəlişi Partiyası (PİVT) 2014-cü ildə qadağan, bir il sonra isə terror təşkilatı elan edilib.

“PİVT hakimiyyətin bir hissəsi olanda onun əsas vəzifələrindən biri insanları radikallığa getməməyə inandırmaq idi. Partiyanın qadağan edilməsi cihadçılara qoşulan taciklərin sayının kəskin artmasının səbəblərindən biri idi. Kəndlərdən birinin 40 sakini dərhal döyüşçülərə qoşuldu”, - Heydelberq universitetinin professoru Sofi Roş qeyd edir.

Ən açıq nümunə Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimov idi. O, Suriyaya qaçdı, qadınların hicab geyinməsi və kişilərin saqqal saxlamasına qoyulan qadağaya istinad edərək həmvətənlərini onun hərəkətini təkrarlamağa çağırdı. Xalimov İŞİD-in “müharibə naziri” oldu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm