"Birinci xanım" statusu verildi, ölkə bir-birinə dəydi
Bizi izləyin

Dünya

"Birinci xanım" statusu verildi, ölkə bir-birinə dəydi

Fransanın “Milli Bərabərlik” dərnəyi prezident Emmanuel Makronun xanımına rəsmi status verilməsinə qarşı imza kampaniyası təşkil edib.

Publika.az xəbər verir ki, dərnək bu status üçün qanuni çərçivə təyin edilməsi və büdcədən maliyyə ayrılmasını təmin edən komissiyanın işlərinə qarşı çıxıb.

Dərnəyin başlatdığı onlayn imza kampaniyasına artıq 120 min nəfər dəstəyini verib.

Hazırda birinci xanım Brigit Traqnyuxun 3 köməkçisi, 2 katibəsi və 2 mühafizəçisi var. Dərnək isə təxminən 450 min avroya başa gələn bu xidmətlərin dövlət büdcəsindən ayrılmasına etiraz edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm