Ukraynanın ən böyük silah anbarında növbəti PARTLAYIŞ
Bizi izləyin

Dünya

Ukraynanın ən böyük silah anbarında növbəti PARTLAYIŞ

Ukraynanın Xarkov vilayətində Balakleya döyüş sursatı anbarında növbəti partlayış baş verib.

Publika.az xəbər verir ki, bu haqda UNİAN agentliyi məlumat yayıb.

Fövqəladə hadisə nəticəsində 27 yaşlı hərbi qulluqçu çoxsaylı yaralar alıb.

Xatırladaq ki, 23 mart gecəsi də anbarda yanğın baş verib. Bir neçə gün davam edən yanğın nəticəsində Ukrayna dəyəri təxminən 1 milyard dollar olan döyüş sursatı itirib. Rəsmi Ukrayna hadisəni təxribat adlandırıb.

Anbar Ukraynanın ən böyük silah anbarı hesab edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm