ABŞ-da müsəlmanlara qarşı diskriminasiya
Bizi izləyin

Dünya

ABŞ-da müsəlmanlara qarşı diskriminasiya

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ müsəlmanları diskriminasiyaya məruz qaldıqlarını bildirirlər.

"PEW Research Center" adlı təşkilatın keçirdiyi sorğular bunu deməyə əsas verir.

ABŞ-da yaşayan müsəlman kişilərin 68%-i, müsəlman qadınların isə 83%-i bəyan ediblər ki, ABŞ-da onlar diskriminasiyaya məruz qalırlar. Sorğuda iştirak edənlərin 57%-i hesab edir ki, son vaxtlar vəziyyət daha da pisləşib.

Xatırladaq ki, ABŞ-da əhalinin 1%-i (3.3 milyon) İslam dininə etiqad edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm