Pakistanda dəhşətli terror
Bizi izləyin

Dünya

Pakistanda dəhşətli terror

Publika.az “Frans Press”ə istinadən bildirir ki, Pakistanın Lahor şəhərində dəhşətli partlayış baş verib. Yerli hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, azı 34 nəfər yaralanıb.

Hadisə bazar ertəsi axşam şəhərin qərbində yerləşən İslampura rayonunda baş verib. Partlayış dalğası yaxınlıqdakı avtomobilləri zədələyib, həmçinin binanın damı uçub.

"Meyvə ilə dolu avtomobilə partlayıcı qoyulub. Yaralananlar əsasən yoldan keçənlərdir", - deyə yerli hakimiyyət nümayəndəsi Abdulla Xan Sumbal qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm