Müharibə zəngi çalınır: ABŞ təhdidə CAVAB VERDİ
Bizi izləyin

Dünya

Müharibə zəngi çalınır: ABŞ təhdidə CAVAB VERDİ

Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına amansız cavab verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Asiya-Sakit okeanı regionunda sülh üzrə Koreya Komitəsinin bəyanatında deyilir.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster hərəkəti” adlandırılıb və bildirilir ki, Pxenyan yeni sanksiyaların qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək. Qeyd edilir ki, yeni sanksiyalar KXDR-in müstəqilliyini və inkişafını pozur.

“Onlar dərk etməlidir ki, Koreya Xalq Demokratik Respublikası fiziki hərəkətlər də daxil olmaqla, bütün milli gücü səfərbər edərək strateji addımları amansızcasına atacaq”,- bəyanatda vurğulanıb.

Vaşinqton Pxenyanın təhdidinə dərhal cavab verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ölkəsinin təhdidlərdən qorxaraq qaçmayacağını deyib.

Heyli “Fox News” kanalına verdiyi müsahibədəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının yeni sanksiyaları Şimali Koreyanın raket sınaqlarını ciddi şəkildə azaldacaq.

Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci ballistik raketini uğurla sınaqdan keçirib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

Raket sınağına cavab olaraq BMT Təşhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.

Ümumilikdə, KXDR iyul ayında “Xvason-14” ballistik raketini iki dəfə sınaqdan keçirib. ABŞ, Cənubi Koreya və Yaponiyanın məlumatına görə, raket qitələrarası idi. Rusiya hərbçilərinin məlumatında isə deyilir ki, ballistik raket orta mənzillidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm