İsrail hərəkətə keçdi: “İnqilabların atası”na böyük ŞOK
Bizi izləyin

Dünya

İsrail hərəkətə keçdi: “İnqilabların atası”na böyük ŞOK

İsrail Rotşildlər ailəsinin üzvü olan milyarder, investor, maliyyəçi, siyasətçi və filantrop Corc Sorosun ölkədəki fondlarını bağlamağa hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsrail Xarici İşlər Nazirliyindən bildirilib.

“İsrail bütün ölkələrdə yəhudi əleyhdarlığı olan təzahürləri kədərlə qarşılayır. Corc Soros yəhudi dövlətini qaralayan təşkilatları maliyyələşdirərək demokratik yolla seçilən İsrail hökumətlərini sistematik olaraq yıxmağa səy göstərir”, - İsrail xarici siyasət idarəsinin bəyanatında deyilir.

Qeyd edək ki, Soros dünyada “inqilabların atası” kimi tanınır. Onun həmçinin Ukrayna və Gürcüstanda “rəngli inqilablar”ın arxasında olduğu sirr deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm