Almaniya və Türkiyə RAZILAŞDI
Bizi izləyin

Dünya

Almaniya və Türkiyə RAZILAŞDI

Almaniya və Türkiyənin münasibətlərində əsas mübahisəli məsələlərdən biri həll edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda şəxsi mənbələrə istinadən Almaniyanın ARD telekanalı bildirib.

Mübahisəyə NATO-nun vasitəçiliyi ilə həll variantı tapılıb. Bundan sonra Almaniya parlamentinin deputatları Türkiyənin Konya şəhərindəki NATO bazasında xidmət edən alman ordusunun hərbi qulluqçularına baş çəkə biləcəklər.

Alman deputatların bazaya ziyarəti bundestaq tərəfindən deyil, NATO tərəfindən təşkil ediləcək. İlk ziyarətin sentyabrın 8-də reallaşması gözlənilir. Sonrakı addımlar haqqında danışıqlar davam edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm