• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb

Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb

Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb. Bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.

Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir. APA-ya istinadən bildirir ki, məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar. Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü - 20-30 kiloton təşkil etdiyi qeyd olunur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR