Çində zəlzələ nəticəsində ölənlərin sayı 12-ə çatdı
Bizi izləyin

Dünya

Çində zəlzələ nəticəsində ölənlərin sayı 12-ə çatdı

Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə, xəsarət alanların sayı isə 164 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli telekanalın məlumatında bildirilir.

Qeyd edək ki, ötən gün yerli vaxtla 21.19-da (Bakı vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə baş verib. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox afterşok qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm