“Atəş və qəzəb” müharibə gətirəcək: Qərbdən HƏYƏCAN SİQNALI
Bizi izləyin

Dünya

“Atəş və qəzəb” müharibə gətirəcək: Qərbdən HƏYƏCAN SİQNALI

Koreya Xalq Demokratik Respublikasına (KXDR) “tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald Trampın bəyanatı mümkün hərbi münaqişə riskini artırır.

Publika.az xəbər verir ki, belə nəticəyə Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.

“ABŞ-ın materik hissəsini vura biləcək nüvə başlıqlı raketi ciddi təhlükə təşkil edir. Vaşinqtonun hər hansı ehtiyatsızlığı Koreya yarımadasında nüvə müharibəsini provokasiya edə bilər”, - Politico” nəşri bir neçə KXDR-də olmuş nüvə energetikası üzrə ekspert Siqfrida Xekerdən sitat gətirib.

“The National Interest” nəşri “İkinci Koreya müharibəsi” təhlükəsi haqqında yazıb. Müəllif iddia edir ki, Koreya yarımadasında münaqişə Vaşinqton və onun regiondakı müttəfiqləri üçün dağıdıcı nəticələri olacaq.

O qeyd edir ki, hətta Pxenyan nüvə silahından istifadə edə bilməsə, adi raketlərlə yüz minlərlə hərbi və mülki insana hücum etmək mümkündür.

Qeyd edək ki, Şimali Koreyaya qarşı xəbərdarlıqlarını davam etdirən ABŞ prezidenti Şimali Koreya nüvə təhdidini artıracağı halda, Pxenyanın dünyanın görmədiyi “atəş və qəzəb” görəcəyini deyib. Pxenyanın bəyanata cavabı gecikməyib. Şimali Koreya Koreya yarmadasının sahillərindən 3400 km uzaqlıqda yerləşən Quam adasına hücum edəcəyini bəyan etdi.

“Vaşinqton Post” nəşri isə ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırladığını yazıb. Nəşrin məlumatına görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.

Nəşr qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir. Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar. Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü - 20-30 kiloton təşkil etdiyi qeyd olunur.

Quam adasının sakinləri isə “ABC News” teklekanalına açıqlamasında bildiriblər ki, Şimali Koreya raketləri üçün potensial hədəf olmaqdan qorxurlar. Bəziləri hətta adanı tərk etmək barədə düşünürlər.

Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci ballistik raketini uğurla sınaqdan keçirib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

Raket sınağına cavab olaraq BMT Təşhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.

Ümumilikdə, KXDR iyul ayında “Xvason-14” ballistik raketini iki dəfə sınaqdan keçirib. ABŞ, Cənubi Koreya və Yaponiyanın məlumatına görə, raket qitələrarası idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm