Ukrayna dənizdən mühasirəyə alınır – Kiyevdən SOS
Bizi izləyin

Dünya

Ukrayna dənizdən mühasirəyə alınır – Kiyevdən SOS

Rusiya Kerç boğazını kəsməklə faktiki olaraq Ukraynanı təcrid vəziyyətinə salır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

“Rusiya belə hərəkətləri ilə bütün beynəlxalq normaları pozur. O faktiki olaraq dəniz yolu ilə Ukraynanı müəyyən qədər təcrid edir”, - Tuk qeyd edib.

Onun sözlərinə görə, vəziyyətə reaksiya Xarici İşlər Nazirliyinin səlahiyyət sferasıdır.

“Amma vəziyyətin özü, əlbəttə ki, çox çətindir”, – nazir müavini yekunlaşdırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm