38 yaşlı qadından BİABIRÇI ƏMƏL: İki oğlanı zorladı - FOTO
Bizi izləyin

Dünya

38 yaşlı qadından BİABIRÇI ƏMƏL: İki oğlanı zorladı - FOTO

İki yeniyetmə oğlanı cinsi əlaqəyə sövq etməkdə və onlara təcavüzdə suçlanan 38 yaşlı Bruk Lecinessin məhkəməsi başlanıb.

16 yaşlı Devid adlı oğlu olan qadını 20 ilədək həbs gözləyir.

Publika.az bildirir ki, prokuror B.Lecinesin həbs müddətinin ən azı 57 ayının ciddi rejimli həbsxanada keçirməsini tələb edib.

İstintaq materiallarına görə, ABŞ-ın Miçiqan ştatındakı Lima Taunşip şəhərində yaşayan, kosmetik salonda çalışan 38 yaşlı Bruk Leciness 14 və 15 yaşlı iki yeniyetmə oğlana təcavüz edib.

Oğlu Devidin dostları olan bu yeniyetmələrə çılpaq fotolarını Snapchat vasitəsilə yollayan B.Leciness sonradan onlarla təkbətək görüşüb. Elə həmin görüşlərdə də əxlaqsız qadın yeniyetmə qurbanlarına təcavüz edib.

Məhkəmə Bruk Leciness ona qarşı irəli sürülən ittihamları qəbul edib.

"Lakin demək istərdim ki, cəzam çox ağırdır, əməlimə uyğun deyil. Ağır yuxusuzluq sindromu yaşayırdım. Nə etdimsə, yuxusuzluq bəlasının fəsadları nəticəsində etdim. Xahiş edirəm ki, ana olduğumu nəzərə alasınız", - Bruk Lecines deyib. milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm