Dünya
Rusiyalı İŞİD-çinin ŞOK PLANI: Hamısı öldürülməlidir və... - YENİLƏNDİ
Məlumata görə, İŞİD terrorçusu həmçinin ələvilərin dərnəklərində terror aktları törətməyi planlaşdırıb.
O, Rusiyanın mesajlaşma proqramı olan “Telegram” vasitəsilə terror təşkilatının digər üzvlərindən 2 min 800 lirə (təxminən 800 dollar) pul istəyib. Bu vəsaitlə dronun alınması planlaşdırılırdı.
Renat Bakıyev Adanada 5 Yanvar Meydanında yerləşən ələvi dərnəyinə yaxın bölgədə təhlükəsizlik gücləri tərəfindən keçirilən əməliyyatla saxlanılıb. İfadəsi alınan Bakıyev İŞİD üzvü olduğunu etiraf edib. Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəni tənqid edən, ələviləri “Allahın düşməni” adlandıran terrorçu ələvilərin hamısının öldürülməlı olduğunu deyib.
O, bir müddət əvvəl Suriyada “Cihad” adı altında amerikalılara qarşı terror aktı törətmək istədiyini, ancaq buna nail olmadığını bildirib. Bakıyev Adanaya İŞİD terror təşkilatı adından terror aktı törətmək üçün gəldiyini, İncirlik bazasında ABŞ-a aid bir təyyarəni dronla vurmaq üçün kəşfiyyat apardığını etiraf edib.
***
Türkiyənin İncirlik hava bazasında ABŞ-a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmağı planlaşdıran İŞİD terror təşkilatının üzvü tutulub.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, tutulan terrorçu Rusiya vətəndaşı Renad Bakıyevdir.
Ömər
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO