• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Şimali Koreya bu tarixdə ABŞ-a ballistik raket ATACAQ

  • Dünya
  • 10 Avqust 2017 13:03
  • 889 Baxış
Şimali Koreya bu tarixdə ABŞ-a ballistik raket ATACAQ

Şimali Koreyanın rəsmi xəbər agentliklərindən yayımlanan məlumata görə, ABŞ-a bağlı olan Quam adasını hədəfləyən plan avqust ayının ortalarında sona çatacaq.

Publika.az xəbər verir ki, Şimali Koreya ABŞ-ın adadakı hərbi bazalarına 4 ədəd ballistik raket atmaq niyyətindədir.

Açıqlamada planın detallarına da yer verilib. Belə ki, Koreya Xalq Ordusu tərəfindən atılacaq "Hvasonq-12" raketləri 3.357 km məsafə qət edəcək və Quam adasının 30-40 km yaxınlığında suya düşəcək.

Raketlər Yaponiyanın Şiman, Xirosima və Koçi bölgələrinin üzərindən keçəcək.

Şimali Koreya rəhbərliyi ABŞ Prezidenti Donald Trampın “Şimali Koreya təhdid etməyə son verərsə, onun üçün yaxşı olar. Yoxsa alov və hiddətlə qarşılıq verərik” fikirlərini boş söz adlandırıb və bu təhdidlərin dildə qalmayacağını açıqlayıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR