Batmış Romanın qalıqları tapıldı
Bizi izləyin

Dünya

Batmış Romanın qalıqları tapıldı

Dünyanın ən önəmli sualtı arxeoloji layihələrindən olan Roma şəhərinin qalıqları üzə çıxmağa başlayıb.

Publika.az xəbər verir ki, tarixi şəhər restavrasiya edildikdən sonra aquapark kimi turistlərin xidmətinə veriləcək.

Türkiyənin Urla vilayəti ərazisinə daxil olan “Klazomenayi” adlı antik şəhərin qalıqları Ankara Universiteti Sualtı Arxeoloji Araşdırma Mərkəzi tərəfindən incələnməyə başlanıb. Araşdırma zamanı b.e.ə. VII minilliyə aid qalıqlara da rast gəlinib.

Dəhşətli zəlzələ səbəbilə çökdüyü iddia edilən və su altında qaldığı təxmin edilən şəhərin daha gözəçarpan hala gətirilməsi üçün işlərə artıq start verilib.

Ərazininin qanuni sənədləri ilə bağlı bütün hazırlıqlar tamamlanıb və işlər yekunlaşdıqdan sonra antik şəhər Türkiyənin ilk sualtı muzeyi olacaq. Muzeyin ziyarətçiləri döşəməsi şüşədən olan gəmilərdə səyahət edəcəklər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm