“Döyüşə tamamilə hazırıq!” - Prezident
Bizi izləyin

Dünya

“Döyüşə tamamilə hazırıq!” - Prezident

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hərbi əməliyyata hazırdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Şimali Koreya özünü düşüncəsiz apararsa, hərbi vasitələr döyüşə tamamilə hazırdır. Ümid edirəm ki, Kim Çen In başqa yol tapacaq”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti bir neçə gün əvvəl jurnalistlərlə ünsiyyət saxlayaraq bildirib ki, Şimali Koreya üçün ABŞ-ı hədələməsi daha yaxşıdır.

“Əks halda onlar daha əvvəl dünyanın görmədiyi atəş və qəzəblə görüşəcəklər”, - Donald Tramp deyib.

Avqustun 2-də ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqton Şimali Koreya ilə duşmənçilik etməyi arzulamır, amma eyni zamanda Pxenyanın hərəkətlərinə cavab verməyə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm