Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44-ə çatıb - YENİLƏNİB
Bizi izləyin

Dünya

Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44-ə çatıb - YENİLƏNİB

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Publika.az “RT”-yə istinadən bildirir ki, hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultanın sözlərinə görə, qəzaya maşinistin səhvi səbəb olub. "Maşinistlərdən biri yola növbəti qatar daxil olduqda semaforun qadağan siqnalını görməyib”, deyə M.Sultan bildirib.

Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb.

***

Misirin İsgəndəriyyə şəhərində iki qatar toqquşub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 36 nəfər ölüb, 120 nəfər yaralanıb.

Qatarlardan biri Qahirədən, digəri Port-Səid şəhərindən gəlirdi.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm