Dünya
Almaniya xarici işlər naziri Trampı tənqid etdi
Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyasını tənqid edib.
Publika.az xəbər verir ki, Z. Qabriel “Redaktionsnetzwerk Deutschland” nəşr qrupuna müsahibəsində deyib ki, şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.
Bununla belə, Almaniya xarici işlər naziri qarşıdurmanın gərginləşməsinə görə əsas məsuliyyətin Şimali Koreya lideri Kim Çen Inın üzərində olduğunu vurğulayıb. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi “mümkün qədər az təhrikedici formada” keçirməyə çağırıb: “Əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər”.
Almaniya xarici işlər naziri Rusiya və Çini Pxenyana təzyiqləri artırmağa da çağırıb: “Qonşu ölkələrin Şimali Koreyanın ağılsız hərəkətlərindən qorunmaq üçün nüvə silahları ilə silahlanması Çinin maraqlarına uyğun ola bilməz”.
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR