• USD 1,7000 0,00% EUR 2,0023 +0,07%
    • GBP 2,3372 -0,09% RUB 0,0230 -0,43%

“Müharibə və yoxsulluq, yoxsa...” - Vaşinqton seçim etməyi TƏLƏB ETDİ

  • Dünya
  • 14 Avqust 2017 11:09
  • 845 Baxış
“Müharibə və yoxsulluq, yoxsa...” - Vaşinqton seçim etməyi TƏLƏB ETDİ

“Vaşinqton Pxenyanla danışıqlar aparmağa hazırdır və rejimin dəyişməsində maraqlı deyil”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson və Müdafiə Nazirliyinin başçısı Ceyms Mettisin “Wall Street Journal” qəzetində dərc edilmiş birgə məqaləsində deyilir.

Eyni zamanda bildirilir ki, Şimali Koreya probleminin həllinin diplomatik vasitələri “hərbi variantlarla” möhkəmləndirilib. Onlar qeyd edirlər ki, ABŞ-ın diplomatik mövqeyini başqa ölkələr, xüsusi halda Çin bölüşür.

“ABŞ Pxenyanla danışıqlara köklənib, amma Pxenyandan fitnəkar hərəkətlərin, xüsusilə raket sınaqlarının təcili dayandırılmasını gözləyir. Hazırda Şimali Koreyanın qarşısında seçim dayanır: sülh, çiçəklənmə, beynəlxalq tanınma, yoxsa müharibə, yoxsulluq və təcridolunma”, - məqalədə bildirilir.

Daha əvvəl Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib ki, Şimali Koreya hərbçiləri Sakit okeanın qərb hissəsində yerləşən Quam adasındakı ABŞ-ın hərbi obyektlərinə raket zərbələrinin endirilməsi imkanını öyrənir. Cavab olaraq ABŞ prezidenti Donald Tramp Pxenyanı “atəş və qəzəblə” hədələyib. Tramp qeyd edib ki, Şimali Koreyaya ABŞ-ı hədələməyə davam edərsə, dünyanın heç vaxt görmədiyi “atəş və qəzəb”i görə bilər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR