Dünya
Polis formalı 12 terrorçunun QƏTLİAM PLANI
Adana polisi avqustun 15-də polis forması geyərək terror aktlarına hazırlaşan 12 terrorçunu axtarır.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis terrorçuların qanlı hücuma hazırlaşdığı villada əməliyyat keçirib.
Əməliyyatın gedişatında 12 “Kalaşnikov” avtomat silahı, 1000 ədəd patron, 24 əl qumbarası, 12 polis forması, partlayıcı qurğuların hazırlanması üçün 1,5 ton ammonium-nitrat və 300 kiloqram mismar ələ keçirilib.
Polis villada tapmadığı terrorçuları tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Adana Polis Təşkilatı 12 terrorçu barədə Türkiyənin 81 vilayətinin təhlükəsizlik güclərinə xəbərdarlıq edib.
Məlumata görə, terror aktları PKK terror təşkilatının 1984-cü il avqustun 15-də ilk qanlı hücumunun 33-ci ildönümünə uyğunlaşdırılmışdı. Həmin il avqustun 15-də PKK-çılar Türkiyənin Eruh və Şəmdinli rayonlarında ilk silahlı terror hücumlarını həyata keçiriblər.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...