• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

Lukaşenko rusiyalıları “dəcəllikdə” ittiham etdi

Lukaşenko rusiyalıları “dəcəllikdə” ittiham etdi

Belarus prezidenti Aleksanrd Lukaşenko Rusiyanı sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu haqda “Rossiya 24” telekanalına müsahibəsində deyib.
“Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar. Gömrükçülər malları bloklayır”, - Lukaşenko deyib.

Prezident həmçinin iddia edib ki, ittifaq dövlətinin yaradılması çərçivəsində Rusiya və Belarus arasındakı münasibətlərdə mənfi dinamika qeyd edilir.

İttifaq dövləti Rusiyanın və Belarusun siyasi layihəsidirsə, iştirakçıların dövlət müstəqilliyinin saxlanılması şərtilə vahid siyasi, iqtisadi, hərbi, gömrük, hüquq və valyuta məkanının yaradılmasını nəzərdə tutur. İttifaq dövlətinin yaradılması haqqında müqavilə 1999-cu ildə imzalanıb və 2000-ci ildə qüvvəyə minib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>