Kran mikroavtobusun üzərinə aşdı – 7 ölü, 11 yaralı
Bizi izləyin

Dünya

Kran mikroavtobusun üzərinə aşdı – 7 ölü, 11 yaralı

Türkiyənin Ağrı vilayətinin Hamur ile Tutak mahalları arasında avtomobil yolunda faciəvi hadisə baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, TIR üzərində olan kran mikroavtobusun üzərinə aşıb.

İlk məlumatlara görə, mikroavtobusdakı 7 nəfər ölüb, 11-i yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm