Malidə BMT missiyasına SİLAHLI HÜCUM - 7 ölü
Bizi izləyin

Dünya

Malidə BMT missiyasına SİLAHLI HÜCUM - 7 ölü

Malinin Timbukt şəhərində silahlı şəxslərin BMT missiyasının bazasına hücumu zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hücum zamanı 6 mühafizəçi həlak olub. Mənbənin məlumatına görə, BMT missiyasının mənzil-qərargahına hücum etmiş 6 silahlı zərərsizləşdirilib. O, həmçinin qeyd edib ki, hadisə zamanı bir neçə sülməramlı xəsarət alıb.

Öz növbəsində "Associated Press" də BMT missiyasına hücum zamanı 7 nəfərin həlak olduğunu bildirib.

"Habertürk" isə BMT rəsmisi Fərhan Haka istinadən hadisə zamanı 7 nəfərin öldürüldüyünü, daha 7 nəfərin yaralandığını xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm