Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADI
Bizi izləyin

Dünya

Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADI

Rusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

Analitik mərkəzi qeyd edir ki, Moskva bunu hibrid metodlardan istifadə edərək reallaşdırmağa çalışacaq, çünki hərbi müdaxilə ağlasığmazdır.

İlk növbədə, Kremlin zərbəsinə Baltikyanı ölkələr, həmçinin Balkan, Mərkəzi və Cənubi Avropa dövlətləri tuş gələcək. Kəşfiyyat vurğulayır ki, Rusiyanın hibrid döyüşləri qarşısında Baltikyanı ölkələr ən zəif halqadır.

“Bu, xüsusi halda, çoxsaylı etnik rus icması ilə izah olunur. Estoniyanın 24, Latviyanın 27, Litvanın isə 6 faizi rus icmasıdır. Əhalinin bu seqmentinə xidmət edən siyasi partiyalar parlament seçkilərində əhəmiyyətli nəticələr qazanırlar və Moskvaya bu ölkələrin hökumətlərinə təsirin müəyyən səviyyəsini verirlər”, - “Stratfor” yazıb.

Bununla belə, region ölkələrinin əhalisinin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləməsi Baltikyanı ölkələr və Qərb arasında parçalanmanın yaradılması üzrə Moskvanın planlarını çətinliyə salır. Amerika analitikləri qeyd edirlər ki, Kreml region ölkələrində hakimiyyətlərin dağıdılması üçün başqa vasitələrə müraciət edir. Məsələn, enerjidaşıyıcısıların ixracının ixtisarı, kənd təsərrüfatı məhsullarının idxalına qadağa və kiberhücum.

“Stratfor” qeyd edir ki, Mərkəzi və Cənubi Avropası ölkələrində əhəmiyyətli etnik rus icması olmasa da, onların Rusiyadan uzaq yerləşməsi Moskvaya onların sərhədləri daxilində siyasi manevr üçün imkan verir.

“Moskva Mərkəzi və Cənubi Avropa ölkələrində avrosentrik və sağçı təşkilatları dəstəkləyir. Məsələn, “Beş ulduz hərəkatı” (İtaliya) və “Yobbik” (Macarıstan) təşkilatları ilə status-kvonu dəyişdirməyə çalışır: “Rusiya bu partiyaların hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq, onların hərəkətlərini həvəslə həvəsləndirir. Eyni zamanda Moskva regionda “düşmən rejimlərə” qarşı kiberhücumları həyata keçirməyə davam edir. Yaxın vaxtlarda Polşa Xarici İşlər Nazirliyinə kiberhücum həyata keçirilib. Bundan başqa, onlarla rusiyayönlü nəşr Suriya vətəndaş müharibəsi və Avropa miqrant böhranında ABŞ-ı ittiham edərək təbliğatçılıq materialları dərc edir”.

Bildirilir ki, Balkanlar Qərbdə parçalanmanı dərinləşdirmək üçün Rusiyaya yaxşı imkan təqdim edir. Məsələn, Serbiya bəzi Qərb ölkələri ilə münasibətlərdə Moskva ilə dost münasibətlərdən istifadə edir. Serbiya Rusiya casusları üçün ön cəbhə hesab edilir.

Eyni zamanda Balkanlarda Avropa İttifaqı və NATO-ya üzvlük üçün can atan dövlətlərlə Rusiyanın münasibətləri dost münasibətlər deyil.

“Rusiya Çernaqoriyanın NATO-ya üzvlük prosesinin başa çatmasından əvvəl – 2016-cı ildə inteqrasiya prosesinin kəsilməsi üçün son cəhdini reallaşdırmağa çalışaraq hökumətə qarşı uğursuz çevrilişi planlaşdırdı və dəstəklədi. Həmçinin Moskva susaraq NATO-ya üzvlüyə ümid edən daha bir ölkədə - Makedoniyada anti-alban hərəkatını dəstəkləyir”, - “Stratfor” yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm