Trampdan Rusiyanın qonşularına SÜRPRİZ
Bizi izləyin

Dünya

Trampdan Rusiyanın qonşularına SÜRPRİZ

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qəribə simpatiyası Şərqi Avropanı narahat edir.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi yazıb.

ABŞ-ın bir sıra yüksək vəzifəli məmurları Şərqi Avropa ölkələrini Vaşinqtonun sarsılmaz dəstəyi barədə inandırsalar da, Vaşinqtonun maliyyə planları bunun əksini deyir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens keçmiş kommunist ölkələrinə baş çəkərək onları Rusiya təcavüzündən müdafiə edəcəyinə inandırıb. Lakin Ağ Ev şərq müttəfiqlərinin dəstəyi üçün ayrılan xərcləri azaltmağı təklif edir. Avropa və Asiya üzrə demokratiyanın inkişafı və başqa proqramlarının maliyyələşdirilməsinə ayrılan pulun 336 milyon dollar ixtisarı nəzərdə tutulur.

Nəşr yazır ki, bu ölkələr arasında Estoniya, Gürcüstan və Ukrayna da ola bilər.

“Bloomberg” qeyd edir ki, Tramp tərəfindən təklif edilən plan Konqresdə dəstək almaya bilər. Əksər respublikaçılar demokratlarla birləşərək plana qarşı çıxırlar. Ancaq, ABŞ prezidentinin büdcə planları onun prioritetləri haqqında güclü siqnal verir.

Almaniya Marşal Fondunun elmi işçisi Conatan Katsın fikrincə, ABŞ-ın xərclərindəki dəyişikliklər siqnal göndərəcək ki, Vaşinqton daha Şərqi Avropada demokratiyanı inkişaf etdirmək istəmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm