Sabiq prezidentə 3 il həbs cəzası verilib
Bizi izləyin

Dünya

Sabiq prezidentə 3 il həbs cəzası verilib

Çərşənbə günü Qahirə Cinayət Məhkəməsi ölkənin sabiq prezidenti Hüsnü Mübarəki dövlət vəsaitlərini mənimsəmə ittihamı ilə 3 il müddətinə azadlıqdan mərhum edib. Bu barədə İTAR-TASS xəbər yayıb. Gücləndirilmiş rejimdə həbs cəzası ilə yanaşı, Mübarək 21 milyon Misir funtu (3 milyon dollar) məbləğində cərimə də ödəməlidir.

Sabiq prezidentin iki oğlu Əla və Camal hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hüsnü Mübarək və onun övladları barəsində korrupsiya işi üzrə məhkəmə prosesi bu il fevralın 19-da başlayıb. Dinləmələr zamanı dövlət xəzinəsindən prezident saraylarının bərpasına ayrılan 125 milyon Misir funtunun (təxminən 18 milyon dollar) oğurlanması məsələsinə baxılıb. Müttəhimlər həmin vəsaiti mənimsəməkdə ittiham ediliblər. Hüsnü Mübarək bütün ittihamları rədd edərək onların heç bir əsası olmadığını bəyan edib.

Sabiq dövlət başçısı və övladlarının adları 2011-ci il yanvar inqilabı günlərində nümayişçilərin öldürülməsi ilə bağlı hay-küylü ittihamda da hallanır.

Keçən ilin yazında qəbul edilmiş apellyasiyadan sonra bu işə yenidən baxılmağa başlanıb, ancaq artıq bir neçə ay sonra ölkədə baş verən siyasi hadisələr kütləvi etiraz aksiyaları, "Müsəlman qardaşlar"ın hakimiyyətindən kənarlaşdırılması bir çox məsələdə ictimaiyyətin Mübarəkə münasibətini dəyişdirdi.

Nəticədə artıq iki ilə yaxın dövrdə həbsdə qalan Mübarək barəsində həbs qəti imkan tədbiri dəyişdirildi, o, hərbi hospitala köçürüldü. Məhkəmə iclasları hələ də davam edir, lakin onlar qapalı rejimdə keçirilir. Bütün bu illər ərzində Mübarəkin günahının birbaşa sübutu yoxdur və tapılmayıb. Əksinə, şahidlərin hamısı bir səslə Mübarəkin bir dəfə də olsun atəş açmaq əmri vermədiyini iddia edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm