“Ona elə işgəncələr verdilər ki...” – Saakaşvili barədə ŞOK İTTİHAM
Bizi izləyin

Dünya

“Ona elə işgəncələr verdilər ki...” – Saakaşvili barədə ŞOK İTTİHAM

Gürcüstan Nəzarət Palatasının keçmiş rəhbəri Sulxan Molaşvilinin ölümü ilə əlaqədar şok bir iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, “Keçmiş siyasi məhbuslar insan haqları uğrunda” qeyri-hökumət təşkilatının rəhbəri Nana Kakabadze Molaşvilinin ölümünün ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin korrupsiyasını ifşa edən materialların Gürcüstan prokurorluğuna verilməsi ilə birbaşa bağlı olduğunu deyib.

“Siz, yəqin ki, Saakaşvili dövründə Nəzarət Palatasına rəhbərlik edən Sulxan Molaşvilini tanıyırsınız? O, Şevernadze dövründə prokurorluğa Saakaşvilinin korrupsiyası haqqında materialları verdi. Saakaşvili hakimiyyətə gəldi (2004-cü il yanvarda –red.) və ilk Sulxan Molaşvilini həbs etdilər. Onu öldürdülər! Ona elə işgəncələr verirdilər ki, mən indi bu haqda ətraflı danışa bilmirəm. Çünki nə ailəsi bunu istəyir, nə də özü istəyirdi”, - hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, Molaşvili həbsdən azad ediləndən sonra Fransaya müalicə almaq üçün gedib və orada dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm