Zbiqnev Bjezinski: “Rusiya ilə gizli danışıqlar aparılmalıdır”
Bizi izləyin

Dünya

Zbiqnev Bjezinski: “Rusiya ilə gizli danışıqlar aparılmalıdır”

Zbiqnev Bjezinski: “Rusiya ilə gizli danışıqlar aparılmalıdır”

Amerikanın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Zbiqnev Bjezinski Fransanın “Ekspres” jurnalına müsahibəsində Ukrayna böhranı barədə fikirlərini bildirib.

Publika.az – ın verdiyi xəbərə görə, Z.Bjezinski böhranın həlli üçün Rusiya-Qərb danışıqlarının keçirilməsi təklifi ilə çıxış edib.

Politoloq qeyd edib ki, Ukrayna bu halda NATO-ya daxil olmadan Avropa ölkəsi kimi gələcək mövcudluğuna baxa bilərdi. “Mən sülh sazişinin bağlanması üçün Rusiya ilə məxfi danışıqların keçirilməsini dəstəkləyirəm. Belə ki, bu cür danışıqlar keçmişdə Finlandiya və Avstriya məsələlərinin həllini tapmağa imkan verdi”, - Bjezinski söyləyib.

Amerikalı ekspertinin sözlərinə görə, Ukrayna həmçinin Avrasiya İttifaqı ilə iqtisadi əlaqələri dəstəkləyə bilər. Ukraynanın NATO-ya üzvülük ehtimalı haqqında suala cavab verən Bjezinski əhalinin əhəmiyyətli hissəsinin ölkənin təşkilata üzvlüyünü arzulamadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm