“Ambisiyalarım prezidentlikdən daha yuxarıdır” - Saakaşvili hədəfini AÇIQLADI
Bizi izləyin

Dünya

“Ambisiyalarım prezidentlikdən daha yuxarıdır” - Saakaşvili hədəfini AÇIQLADI

“Mənim ambisiyalarım Ukrayna prezidentindən daha yuxarıdır”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili “Alman dalğası” radiosuna müsahibəsində deyib.

“Bizim hədəfimiz Ukrayna siyasi sinfi dəyişməkdir. Prezident Poroşenko mənə baş nazir olmağı təklif edirdi, mən dedim ki, ambisiyalarım daha yuxarıdır, nəinki baş nazir. Kimsə soruşdu ki, prezident olmaq istəyirəmmi? Mən dedim ki, ambisiyalarım daha yuxarıdır. Mən siyasi oyunun qaydalarını tamamilə dəyişmək istəyirəm. Mən siyasi sinfi tamamilə dəyişmək və bu prosesin bir hissəsi olmaq istəyirəm”, - o bildirib.

Siyasətçi yenidən təsdiqləyib ki, Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq istəyir. Saakaşvili əminliyi ifadə edib ki, seçkilərdə qələbə qazanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm