
"Çağırışımıza səmimi cavab verməyən ölkələrin Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq"
"Bizə dost olaraq görünənlər PKK, PYD, YPG adı altında qurulmuş və qurulacaq terror təşkilatlarının qurumların nə olduğunu bildikləri halda bizim gözümüzün içinə yalan söyləyirlər. Qərb bir terror təşkilatını yanına alaraq, guya digər terror təşkilatı olan İŞİD-lə mübarizə adı altında bölgəni yeni dizayn etməyə çalışır".
Publika.az APA-ya
istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP)
İstanbulda keçirilən rayon təşkilatlarının toplantısında bəyan
edib.
R.T.Ərdoğan Türkiyənin ərazi bütövlüyü və müstəqilliyi olan bir
yerdə ticarət kimi məsələlərin əhəmiyyətini itirdiyini vurğulayıb:
"Referendum dönəmində Türkiyə prezidentinə, AKP rəsmilərinə
Almaniyanın qapılarını bağladılar. Hollandiyada xanım nazirimizə
qarşı hörmətsizlik sərgiləndi. Almaniyanın xarici işlər naziri də
mənə qarşı həddini aşıb. Sən kimsən ki, Türkiyə prezidentinə söz
deyirsən?! Mən bir daha deyirəm ki, Almaniyadakı türklər Türkiyə
düşməni olan partiyalara parlament seçkilərində səs verməyin,
Almaniyada Türkiyəyə dost olan partiyalara səs verin. Məncə,
Türkiyəyə qarşı düşmənçilik edən partiyalar Almaniyada yaxın
vaxtlarda keçiriləcək parlament seçkilərində lazımi cavabı
alacaqlar. Deyirlər ki, mən Almaniyanın daxili işlərinə qarışıram.
Mən terrorçuları sizin kimi yanıma almıram, sığınacaq vermirəm.
Türkləri demokratik hüquqlarından istifadə etməyə çağırıram. Bu gün
terrorçuların, FETÖ-nün meydan suladığı yerlər Almaniya, o cümlədən
ABŞ-dır. Onların məhkəməsi varsa, bizim də məhkəmələrimiz
var.".
Türkiyənin Suriyada PYD/YPG terror təşkilatına qarşı yaxın
vaxtlarda əməliyyata başlanacağı mesajını verən R. T. Ərdoğan deyib
ki, ölkəsinin Suriya ilə 900 km, İraq ilə 384 km sərhədi var: "ABŞ
İraqdan 100 yük maşını ağır silahlar, texnika gətirdi, PYD/YPG və
digər müxtəlif terror təşkilatlarına verildi. Guya terror
təşkilatına qarşı mübarizə aparacaqlar. Bəs sonra nə olacaq? ABŞ-ın
PYD/YPG və digər terror təşkilatlarına verdiyi texnika və silahdan
Türkiyəyə qarşı istifadə edəcəklər. Mən bunu ABŞ prezidenti Donald
Trampla görüşdə demişdim. Həmin texnika və silahların terror
təşkilatlarından geri alınmasını istəyirik. Biz bu çağırışımıza
səmimi cavab verməyən ölkələrin bundan sonra Türkiyənin atacağı
addımlara reaksiyasını nəzərə almayacağıq. Biz sadəcə, terror
təşkilatları, terrorçularla mübarizə aparırıq. Terrorçuların
arasında olanla bizim üçün terrorçudur. Suriya və İraq məsələsində
son sözümüz budur. Yaxın günlərdə atacağımız addımlar dəqiqləşəcək.
Türkiyənin müvafiq qurumları buna uyğun hazırlıqlarını aparır".