Dünya
İŞİD-in bombardmanının görüntüləri yayıldı: 200 ölü - VİDEO
İŞİD terror qruplaşmasının döyüşçülərinə aid kolonun Rusiya hərbi aviasiyası tərəfindən məhv edilməsinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, kadrlar “Ulduz” telekanalın saytında dərc edilib.
İŞİD kolonu Deyr-ez-Zor şəhərinə hərəkət edirdi.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi aviasiya böyuk kalibrli silahlar və minaatanlarla İŞİD-in 20-dən çox avtomobili, həmçinin tanklar da daxil olmaqla zirehli texnikasını məhv edib. Həmçinin içində döyüş sursatları olan yük avtomobili və 200-dən çox döyüşçünün məhv edildiyi deyilir.
Müdafiə Nazirliyindən bildirilib ki, İŞİD Rakka vilayətinin cənubundan və Xüms vilayətinin qərbindən çıxarılan döyüşçülərini Deyr-ez-Zorda cəmləməyə çalışır. Qeyd edilir ki, İŞİD-in Deyr-ez-Zorda dağıdılması beynəlxalq terror qruplaşmasının strateji məğlubiyyəti olacaq.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu bildirib ki, İŞİD döyüşçüləri tərəfindən mühasirəyə alınmış Deyr-ez-Zorda qələbə İŞİD-lə mübarizədə həlledici olacaq.
Ömər Dağlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır