Fransada avtomobil avtobus dayanacağına girdi - SON DƏQİQƏ - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Fransada avtomobil avtobus dayanacağına girdi - SON DƏQİQƏ - (YENİLƏNDİ)

Fransada avtomobil avtobus dayanacağına girib.

Publika.az xəbər verir ki, bu haqda “Assoşieyted Press” agentliyi polisə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, bir nəfər həlak olub.

BFMTV telekanalının məlumatına görə, bir nəfər şübhəli saxlanılıb.

***

Şəhərdə iki avtobus dayanacağına girən “Renault Espace” markalı avtomobilin səhər saatlarında oğurlandığı bildirilir. İki hadisə nəticəsində bir qadın həlak olub, daha bir nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə iştirakda şübhəli bilinən 35 yaşlı kişini saxlayıblar. Hadisənin motivləri haqqında məlumat verilməyib.

BFMTV telekanalının məlumatına görə, saxlanılan şəxs psixiki pozğunluqdan əziyyət çəkir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm