Ev heyvanını küçəyə atanlar 1 il həbs olunacaq - Xüsusi qurum yaradılır
Bizi izləyin

Dünya

Ev heyvanını küçəyə atanlar 1 il həbs olunacaq - Xüsusi qurum yaradılır

Ev heyvanına sahib olmaq məsuliyyətli addımdır. Lakin bəziləri bunun acı nəticələrini düşünmədən onlarla heyvanı bir müddət himayəsində saxladıqdan sonra küçəyə atırlar. Hazırda bir çox ölkələrdə heyvanıların küçələrə atılması ilə mübarizə aparan yüzlərlə fəal təşkilat var. İtaliya da bu dövlətlər siyahısındadır. Artıq olkə hakimiyyəti küçə heyvanlarına qarşı şiddət törədənləri sərt cəzalandırır.

Publika.az xəbər verir ki, İtaliyada öz ev heyvanını küçəyə atan şəxs artıq 1000 avro cərimə ödəməyə məcburdur. Bu böyük məbləğ ən yüngül cəzadır. Çünki bəzi hallarda heyvanın keçmiş sahibi 1il müddətinə azadlıqdan məhrum edilə bilər.

Məktəb dərsliklərində şagirdlərə küçəyə atılmış balaca dostlarımızın acınacaqlı talelələrindən bəhs olunur. Ev heyvanı almağa qərar verərkən daha məsuliyyətli olmaq hissi aşılanır.

Təbii ki, yalnız cərimə ilə məsələnin həlli yolunu tapmaq mümkün deyil. Hazırda İtaliyada bu problemə nəzarət edən xüsusi qurumlar yaradılır. Məsələn, it almaq qərarına gələn şəxs öncə heyvanın dərisinə xırça çip yerləşdirir. Beləcə, it gələcəkdə itərsə, onu asanlıqla tapmaq mümkün olur.

Pişiklərlə isə vəziyyət biraz fərqli və daha sadədir. Belə ki, küçədə atılmış pişik görən şəxslər qaynar xəttə müraciət edərək, onu xüsusi qoruma təşkilatlarına təslim edə biləcəklər. Beləcə, atılmış heyvanlarla bağlı problem ən qısa zamanda həlli yolunu tapacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm