Poroşenko: “Rusiya ilə müharibə təkcə qoşunların gəlməsi deyil...”
Bizi izləyin

Dünya

Poroşenko: “Rusiya ilə müharibə təkcə qoşunların gəlməsi deyil...”

“Ukraynanın müstəqilliyinin 26-cı ili onunla əlamətdar oldu ki, ölkə Rusiya ilə hibrid müharibənin yaratdığı dərin böhranın öhdəsindən gəldi”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

“Bu yalnız Rusiya qoşunlarının və müasir silahların cəbhəyə çatdırılması deyil, həm də Rusiya bazarlarının bağlanması və Ukrayna istehsalı olan məhsulların sifarişlərinin dayandırılmasıdır. Bu, ticarət müharibəsidir, bu, bizim ərazimizdə terror əməliyyatlarıdır. Biz dözdük və öhdəsindən gəldik. Ən qorxunc dövr artıq arxadadır”, - Poroşenko bildirib.

Prezident əlavə edib ki, ölkədə artıq ardıcıl beş rübdür iqtisadi artım qeydə alınır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm