Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”
Bizi izləyin

Dünya

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

“Ukrayna tarixi ilə zəif əlaqələr Donbasda müharibəsinin əsas səbəbidir”.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko Feysbuk səhifəsində yazıb.

“Donbasda silahlı konflikt ona görə başlandı ki, region sakinləri Ukrayna tarixi və mədəniyyəti ilə öz əlaqələrini son dərəcə zəif hiss edirlər. Bu ərazi bizim milli birliyimizin ən zəif əlaqəsidir. Donbas sakinləri rus dilində danışırlar, rus kilsəsinə gedirlər, Rusiya qəzetlərini oxuyurlar, rus teatrına gedirlər, Rusiya televiziyasına baxırlar”, - Yuşenko qeyd edib.

O əlavə edib ki, Ukraynanın birliyinin bərpası üçün demokratik islahat və avriointeqrasiya ilə deyil, milli dirçəlişlə məşğul olmaq lazımdır.

İyulun 20-də Ukraynanın birinci prezidenti Leonid Kravçuk bildirib ki, Maydan hadisələri zamanı hakimiyyət və müxalifətin bir-biri ilə razılaşa bilməməsi Krım və Donbas üzərinə nəzarətin itirilməsinin başlıca səbəbi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm