Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir
Bizi izləyin

Dünya

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

Ukrayna prezidenti Pyotr Poroşenko “Normand dördlüyü” ölkələrinin liderləri arasında keçiriləcək telefon danışığı zamanı Donbasda tədris ili ərəfəsində avqustun 25-dən və ya sentyabrın 1-dən yeni atəşkəs rejiminin tətbiq edilməsinə dair təklif irəli sürmək niyyətində olduğunu bildirib.

Publika.az bildirir ki, bunu P.Poroşenko Luqansk vilayətində çıxışı zamanı bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Kiyev Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayacaq, lakin istənilən hücum cəhdlərinin qarşısı qəti şəkildə alınacaq.

“Bir daha inandırmaq istərdim ki, Ukrayna hökuməti heç vaxt Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayıb və olmayacaq, lakin Rusiya və onun əlaltılarının istənilən cəhdlərinin qarşısı qətiyyətlə və kompromissiz şəkildə alınacaq”, - deyə Poroşenko qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm