Rusiyadan bəyanat: “ABŞ-a olan ümidlərimizi itirməmişik”
Bizi izləyin

Dünya

Rusiyadan bəyanat: “ABŞ-a olan ümidlərimizi itirməmişik”

ABŞ Maliyyə Nazirliyinin Rusiyaya məxsus 1 şirkətə və 4 vətəndaşa sanksiya tətbiq etməsindən hiddətlənən rəsmi Moskva qarşılıq vermək üçün hazırlaşdıqlarını bəyan edib.

Publika.az xəbər verir ki, ABŞ Rusiya vətəndaşlarına Şimali Koreya ilə əlaqələri olduğu üçün sanksiya tətbiq edib.

Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-ın bu yeni sanksiyası ilə bağlı açıqlama verib:

“Biz bütün böhranların hər zaman dialoq yolu ilə həll edilməsinin tərəfdarı olduq və olacağıq. Vaşinqton son illərdə bizim üçün sanksiya dili ilə danışmağın qəbuledilməz olduğunu və gerçək problemlərin həllinin bu kimi addımlarla sadəcə əngəlləndiyini anlamalı idi. Lakin indiyə qədər belə bir anlayışın sərgilənməsi gözə dəyməyib.

Yenə də amerikalı məsləkdaşlarımızın sanksiya spiralını daha da qarışıq hala gətirilməsinin anlamsız və zərərverici xüsusiyyətlər daşıdığının fərqində olmasına dair ümidlərimizi itiməmişik. Bununla belə, bu duruma qarşı tətbiq edilməsi qaçılmaz olan cavab sanksiyaları üçün işlərə başlayırıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm