ABŞ-ın Rusiyadakı səfiri: "Mən "cənab düşbərə" olmuşam"
Bizi izləyin

Dünya

ABŞ-ın Rusiyadakı səfiri: "Mən "cənab düşbərə" olmuşam"

ABŞ-nın Rusiyadakı səfiri Con Tefft öz fəaliyyətinin yekunları barədə danışarkən özünü "cənab düşbərəyə" bənzədib.

Publika.az Rusiyanın lenta.ru portalına istinadən xəbər verir ki, səfir Rusiyanın istənilən bölgəsinə gedəndə, yerli sakinlər ona məhz rus mətbəxinin bu təamının dadmağa təklif edir.

"Deyəsən, mən cənab Düşbərəyə çevrilmişəm,"-deyə amerikalı diplomat söyləyib. O, ABŞ-a qayıdarkən, rus və gürcü mətbəxinə aid restoranlara baş çəkəcəyni əlavə edib.

Qeyd edək ki, hələ 2015-ci ildə Rusiyada diplomatik fəaliyyətə başlayan səfir düşbərəyə olan sevgisini Facebook-dakı yazı ilə ifadə etmişdi. 2016-ci ildə isə o, Rusiyada səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələlər üzrə köməkçisi Viktoriya Nuland ilə birgə yerli restoranların birində məhz düşbərə dadıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm