Bir gecədə 2 gəmi batdı: 67 ölü
Bizi izləyin

Dünya

Bir gecədə 2 gəmi batdı: 67 ölü

Braziliyada bir gecədə iki sərnişin gəmisi batıb.

Publika.az xəbər verir ki, qəzalar müvafiq olaraq ölkənin Para və Baiya ştatlarında baş verib.

Para ştatının Şinqu çayında batan gəminin göyərtəsində 70 nəfərdən çox insan olub. Güclü qasırğa nəticəsində batan “Kapitan Ribeyru" gəmisinin sərnişinlərindən 45 nəfər həyatını itirib.

Baiya ştatının Todus-us-Santos körfəzində isə göyərtəsində 129 nəfər olan gəmi batıb. Nəticədə 22 nəfər ölüb. Xilasetmə əməliyyatı nəticəsində 21 nəfər sudan çıxarılıb.

Xilasetmə əməliyyatları davam etdirilir.

Gəmilərin qanunsuz sərnişindaşıma ilə məşğul olduğu bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm