Dünya
““Adamcığazlar” bölgəyə yeridiləcək” – Müharibə SSENARİLƏRİ
“ABŞ və Çin arasında ticarət müharibəsi Şimali Koreyanın təcavüzkar siyasətinə görə əsl müharibəyə çevrilə bilər”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel.LIVE”nin efirində ekspert, beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib.
Onun sözlərinə görə, Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) öz maraq zonası kimi baxır və Pekin Ağ Evin sanksiyalarına baxmayaraq, Pxenyanı heç vaxt Vaşinqtonla təkbətək qoymayacaq.
Ekspert bildirib ki, qarşıdurmada hər iki tərəfi təmin edəcək güzəştləri tapmaq qeyri-mümkündür.
“Hadisələrin inkişafının ən ehtimal edilən ssenarisi ABŞ-ın vəziyyətə hərbi obrazla təsir etmək cəhdidir”, - beynəlxalq hüquq mütəxəssisi proqnozlaşdırıb.
Buzarov qeyd edib ki, Çin bu halda qeyri-rəsmi şəkildə münaqişəyə qarışmağa çalışacaq: “Rusiya Donbasda “yaşıl adamcığazlar” və hərbi texnika ilə hərəkət edirdi. Çin Şimali Koreyanı heç vaxt atmayacaq. Bunu başa düşmək lazımdır”.
Ekspert qeyd edir ki, bu halda müharibə başlaya bilər: “Bəlkə də hər şey iki zərbə ilə kifayətlənəcək. Amma Şimali Koreya ciddi cavab verəcək. ABŞ bu vaxt Çini Pxenyana kömək etməkdə ittiham edə bilər. Bu, Çinə qarşı sanksiyaların tətbiqinə gətirib çıxaracaq”.
Buzarov əlavə edib ki, Çin və Rusiya ilə ABŞ-ın qarşıdurması dünyada maraqlı geosiyasi vəziyyət yaradacaq.
Ömər Dağlı
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?