Ukrayna prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı
Bizi izləyin

Dünya

Ukrayna prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı

Ukrayna Prezidenti Pyotr Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə prezident tərəfindən mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş S.Qurbanov da var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" mükafatına layiq görülüb.

Qeyd edək ki, S.Qurbanov Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm