Dünya
Tramp bu tarixdə impiçment ediləcək – PROQNOZ
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Alan Lixtman prezidentin mümkün impiçmentinin vaxtını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 2018-ci il ABŞ Senatına keçiriləcək seçkilərdən əvvəl heç kim Trampı istefaya göndərməyəcək.
“Respublikaçların əhəmiyyətli sayı buna qarşı çıxış edə bilər. İmpiçment prosedurunun təşəbbüsü üçün demokratlar səs çoxluğuna nail olmalıdır, demokratlara təxminən 25 nəfər birləşməlidir. Əgər demokratlar Nümayəndələr Palatasında əksəriyyətə nail olarsa, hesab edirəm ki, impiçment proseduruna təşəbbüs etməyə çox tez müvəffəq olacaqlar. Yeni Nümahyəndələr Palatası 2019-cu ilin başlanğıcında çağırılacaq”.
Daha əvvəl Lixtman söz verib ki, Trampın impiçmentini elan edəcəklər.
Mümkün səbəblərin arasında isə Rusiya ilə əlaqələr, hakimiyyət tərəfindən sui-istifadə və qanun pozuntularının dəstəklənməsi göstərilir. Həmçinin qeyd edilir ki, Tramp prezidentlikdən əvvəlki cinayətlərinə görə məsuliyyətə cəlb edə bilər.
Qeyd edək ki, Alan Lixtman 1984-cü ildən bu yana keçirilən prezident seçkilərinin nəticələrini öncədən təxmin edə bilib. Buna görə onu "seçki Nostradamusu" adlandırırlar. Lakin başqa öncəgörənlərdən fərqli olaraq Lixtman öz "fal"ını elmi metodlar və hesablamalar üzərində qurur.
Alan Lixtman 80-ci illərin əvvələrində geofizik Keylis-Brokun zəlzələlərini öncədən görməyə imkan verən metoddan ilhamlanaraq "Ağ Evə gedən yolun 13 açarı" adlı kitabında seçkilərin nəticələrinin proqnozlaşdırılması metodunu işləyib hazırlayıb.
Həmin metod bu günə qədər Lixtmanı yanıltmayıb.
Ömər Dağlı
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...