Putinin yeni favoritinin adı açıqlandı
Bizi izləyin

Dünya

Putinin yeni favoritinin adı açıqlandı

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ölkə prezidenti Vladimir Putinin yeni favoritidir.

Publika.az xəbər verir ki, bu haqda dövlət başçısının baxışları ilə tanış üç məmura istinadən “Bloomberg” agentliyi yazıb.

Onlar qeyd edirlər ki, nazir böyük beynəlxalq forumlarda Putinin yanında olur və öz sələflərindən daha çox siyasi çəkiyə malikdir. Məmurlardan biri fikrini təsdiq etmək üçün xatırladıb ki, Hamburqda G20 sammitində Vladimir Putinin amerikalı həmkarı Donald Trampla görüşünün detallarını birinci Oreçkin açıqlayıb.

Xatırladaq ki, daha əvvəl “Peterburq siyasəti” Fondunun ekspertləri Rusiya prezidentinin “varislərı” reytinqini hazırlayıb. Reytinq siyahısında Putinin mümkün varislərinin adı yer alıb.

Maksim Oreşkinin adı siyahıda yer almamışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm