Belçikada qanlı insident terror kimi qiymətləndirildi (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Belçikada qanlı insident terror kimi qiymətləndirildi (YENİLƏNDİ)

Brüsseldə hərbçilərə hücum etmiş şəxs xəstəxanada ölüb.

Publika.az xəbər verir ki, hərbçilərə hücum terror aktı kimi qiymətləndirilir. "Hesab edirik söhbət terror hücumundan gedir", - deyə prokurorluqdan bildirilib.

Xatırladaq ki, Brüsseldə naməlum şəxs dəhrə ilə hərbçilərə hücum edib. Hücum zamanı hərbçilərdən biri üzündən, digəri əlindən yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib.

Hücum edən şəxsə atəş açılıb və o, ağır yaralanıb. Cinayətkar xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

***

Brüsseldə dəhrə ilə silahlanmış şəxs hərbi patrula hücum edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum etmiş şəxs güllələnib. Hücuma məruz qalmış əsgərlər yüngül xəsarət alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm