15 mindən çox sərnişinin taleyi müəmmalıdır - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

15 mindən çox sərnişinin taleyi müəmmalıdır - VİDEO - (YENİLƏNDİ)

“Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır.

15 mindən çox sərnişinin taleyi müəmmalıdır.

Bu arada məlum olub ki, ABŞ-ın "Carnival Cruise Line" şirkətinin 15 mindən çox sərnişini daşıyan 3 gəmisi "Harvi" qasırğası səbəbindən Texas ştatının Halveston şəhərinə qayıda bilməyib.

Bildirilir ki, hazırda "Carnival Freedom" və "Carnival Valor" gəmiləri dənizdədirlər. Gəmilərin heyət üzvləri qasırğa səbəbindən təhlükəsiz məsafədə dənizdə qalmağı qərara alıblar.

Onlar ehtiyat tədbirləri üçün Yeni Orleanda dayanmağı planlaşdırırlar.

"Carnival Breeze" gəmisi isə təbii hadisəni Meksika sularında gözləməli olacaq.

***

ABŞ prezidenti Donald Tramp “Harvi” qasırğası ilə əlaqədar Texas ştatını təbii fəlakət zonası elan edib.

APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Texas ştatı qubernatorunun sorğusuna əsasən müvafiq sənəd imzaladım. Texas ştatı təbii fəlakət zonası elan edilir. Bu, ştata federal hökumətin tam dəstəyini təmin edəcək”, Tramp yazıb.

Dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ABŞ-ın Texas ştatına çatıb. Qasırğa artıq yaşayış məntəqələrinin birində fəsadlar törədib.

“Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır. 2005-ci ildə beşinci kateqoriyalı “Katrina” qasırğası Luiziana ştatının Yeni Orlean şəhərinin 80%-ni su altında qoymuşdu. Təbii fəlakət nəticəsində 2 000 nəfər ölmüş, daha 1 milyonadək insan evini tərk etməyə məcbur olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm