Dünya
Trampa daha bir ŞOK: Ağ evdə İSTEFA FIRTINASI
ABŞ Prezidenti Donald Trampın terrorla mübarizə məsləhətçisi Sebastian Qorka vəzifəsindən ayrılıb.
Publika.az xəbər verir ki, bəzi qaynaqlar Qorkanın istefa verməsini bildirsə də, Ağ Evdən verilən açıqlamada məsləhətçinin istefa vermədiyi, lakin vəzifəsində də olmadığı bildirilib. Bu iddia Qorkanın vəzifəsinə Ağ Ev tərəfindən son verildiyi ehtimalını ortaya çıxarıb.
S.Qorkanın vəzifəsini tərk etməsi, yaxud məcburi şəkildə imtina etməsi Donald Trampın Stiv Bannon ilə yollarının ayrılmasından sonra gözlənilən bir hadisə idi. Çünki S.Qorka ilə S.Bannon Trampın rəhbərlik etdiyi hökumətdə vəzifəyə keçməzdən öncə Amerikanın tanınmış bir media qurumunda birlikdə işləyiblər.
Qorkanın Ağ Evdən ayrılmasında bir neçə həftə öncə Ağ Ev Baş Qərargah müdirliyi vəzifəsində işə başlayan Con Kellinin də önəmli rol oynadığı bildirilib. Çünki məhz onun Ağ Evdə işləməyə başlamasından sonra Amerika hökumətində istefa dalğası baş qaldırmışdı.
Zümrüd
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı