Vatikan TƏŞVİŞ içində: səmada şübhəli PİLOTSUZ TƏYYARƏ göründü
Bizi izləyin

Dünya

Vatikan TƏŞVİŞ içində: səmada şübhəli PİLOTSUZ TƏYYARƏ göründü

Vatikan səmasında pilotsuz uçan naməlum aparat görünüb.

Publika.az "Rainews" italyan nəşrinə istinadən xəbər verir ki, polis insidenti araşdırmağa başlayıb və ələ keçirilməsi üçün havaya helikopter qaldırıb.

Bildirilir ki, nə uzaqdan idarəetmə pultu, nə də dronu idarə edən şəxs tapılıb. “Hələlik məlumat yoxdur, şübhəli pilotsuz təyyarəni kim və hansı məqsədlə istifadə edir, bilinmir”, – deyə polis mətbuata açıqlama verib.

Nəşr dəqiqləşdirir ki, Vatikan səması Avropada terror aktlarından sonra təhlükəsizlik baxımından uçuşlara qadağan zonası elan edilib. Qadağa uçuş aparatlarının istifadəsi, o cümlədən turistlər üçün də keçərlidir.

Xatırladaq ki, "İslam dövləti" - İŞİD yaraqlıları Roma Papasına dəfələrlə hədə-qorxu gəliblər. Məsələn, bir il əvvəl onlar Papanı bir nömrəli düşmən adlandırmışdılar. Xüsusilə, ekstremistlər 79 yaşlı Papanı LQBT nümayəndələrini dəstəklədiyi üçün qara siyahıya salıblar.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm